40 deputat Tereza Meyin istefasına qarşı çıxmağa hazırdır

Britaniya parlamentinin 40 üzvü “Brexit” üzrə danışıqlar fonunda ölkənin baş naziri Tereza Meyə etibar etməmək barədə bəyanat imzalamağa hazırdır.
ONN media report.az-a istinadən bildirir ki, hazırda baş nazirin istefa prosesinə başlamaq üçün parlament üzvlərdən cəmi 8-nin imzası qalıb.
Bundan əvvəl Britaniya hökumətində bəyan ediblər ki, Krallığın Avropa İttifaqından çıxması rəsmi olaraq yerli vaxtla 29 mart 2019-cu il tarixində saat 23:00-da baş verəcək.