401-ci gün: Rusiyanın itkiləri nə qədərdi?

Ukrayna müharibənin 401-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 173 360 hərbçi, 3615 ədəd tank, 6977 ədəd zirehli döyüş maşını, 2675 ədəd artilleriya sistemi, 526 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 278 hava hücumundan müdafiə sistemi, 306 ədəd hərbi təyyarə, 291 ədəd helikopter, 5521 ədəd avtomobil texnikası, 2248 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 294 xüsusi avadanlıq itirib.