406-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 406-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 176 240 hərbçi, 3629 ədəd tank, 7005 ədəd zirehli döyüş maşını, 2707 ədəd artilleriya sistemi, 532 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 280 hava hücumundan müdafiə sistemi, 306 ədəd hərbi təyyarə, 291 ədəd helikopter, 5573 ədəd avtomobil texnikası, 2283 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 299 xüsusi avadanlıq itirib.