413-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 413-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 180 050 hərbçi, 3646 ədəd tank, 7043 ədəd zirehli döyüş maşını, 2770 ədəd artilleriya sistemi, 535 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 282 hava hücumundan müdafiə sistemi, 307 ədəd hərbi təyyarə, 293 ədəd helikopter, 5630 ədəd avtomobil texnikası, 2334 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 319 xüsusi avadanlıq itirib.