435-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 435-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 416 təyyarəsi, 230 helikopteri, 3949 PUA-sı, 421 zenit-raket kompleksi, 8967 tank və digər zirehli texnikası, 1095 reaktiv yaylım atəş sistemi, 4728 artilleriya və minaatanı, 9949 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.