582-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 582-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 480 təyyarəsi, 250 helikopteri, 7217 PUA-sı, 438 zenit-raket kompleksi, 12 206 tank və digər zirehli texnikası, 1156 reaktiv yaylım atəş sistemi, 6571 artilleriya və minaatanı, 13 573 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.