ONN İnformasiya Agentliyi

64 yaşlı redaktor niyə həbs edildi?

64 yaşlı redaktor niyə həbs edildi?
03 Aprel 2023 - 17:44

Belarusda dövləti gözdən salan qəzet redaktoru həbs edilib.

ONN media xəbər verir ki, Belarusda regional qəzetin redaktoru dövlət və hökumət qurumlarını gözdən salan məlumat yaymaqda ittiham olunaraq həbs edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“Molodeçno rayon prokuroru qəzetin regional redaksiyasının 64 yaşlı rəhbərinə qarşı həbs-qətimkan tədbirinin tətbiqinə icazə verib. Cinayət işinin materiallarına əsasən, o, qəzetin redaksiyasının direktoru vəzifəsində çalışarkən digər şəxslərlə birlikdə 2020-ci il yanvarın 1-dən 2023-cü il martın 15-dək olan müddətdə çap mətbuatında və internet saytında bilərəkdən Belarusu və onun hökümətini nüfuzdan salan yalan informasiyalar yayıb”, – məlumatda deyilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png