7 baldan çox zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

İndoneziyanın Şimali Maluku əyalətində 7,4 bal gücündə zəlzələ olub.

ONN media xəbər verir ki, təkanlar əyalətin Jailolo kəndindən 137 kilometr şimalında 73 kilometr dərinlikdə meydana gəlib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.