ONN İnformasiya Agentliyi

8 il öncə itkin düşən təyyarə tapıldı

8 il öncə itkin düşən təyyarə tapıldı
12 Yanvar 2024 - 21:25

Hindistana məxsus An-32 hərbi təyyarəsi qəzaya uğradıqdan 8 il sonra Hind okeanının dibində tapılıb.

ONN media xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 8 il öncə yoxa çıxan və içərisində 29 nəfərin olduğu təyyarənin qalıqları dərin dəniz tədqiqatları zamanı tapılıb.

Tədqiqatlar 3 400 m dərinlikdə, avtonom sualtı aparatın köməyi ilə həyata keçirilib.

Xatırladaq ki, 2016-cı il iyulun 22-də itkin düşən təyyarədə 21 hərbçi və 8 mülki şəxs olub. Havaya qalxdıqdan 16 dəqiqə sonra pilotdan hər şeyin normal olduğu xəbəri alınsa da, bu mesaj təyyarədən gələn sonuncu olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png