86 yaşlı şikəst qadın bankı soydu- AĞLAGƏLMƏZ HADİSƏ – FOTO

ABŞ-da görünməmiş hadisə baş verib. Pensilvaniya ştatının Filadelfiya şəhərində 86 yaşlı şikəst Emilya Coakley banka girərək bank məmuruna silah çəkərək pul tələb edib.

ONN media  xarici mətbuata istinadən xəbər verir ki, 86 yaşlı qadın yürüməkdə çətinlik çəkdiyindən o, banka əlil arabası ilə daxil olaraq bir bank işçisinin üzərinə silah çəkərək, 400 dollar tələb edib.

Polis onu tərk-silah edib. Öncə basqın, soyğunçuluq, terrorçuluqda ittiham edilən 86 yaşlı qadın sonda sərbəst buraxılıb. Bank rəhbərliyi baş verəni çox çılğın və ağlagəlməz hadisə hesab edib.

Polis onu saxlayarkən bank işçilərinə tuşladığı silahın patronu olmasa da, qadının cibində patron olduğu aşkar edilib. Bununla da Emilya ABŞ tarixində ən yaşlı bank soyğunçusu kimi qeydiyyata düşüb.