ONN İnformasiya Agentliyi

9-cu fırtına sahil zolağını keçdi – Şiddətli yağış gözlənilir

9-cu fırtına sahil zolağını keçdi – Şiddətli yağış gözlənilir
22 Sentyabr 2020 - 14:33

“Beta” tropik fırtınası ABŞ-ın Texas ştatında hökm sürməyə başlayıb.

ONN media xəbər verir ki, bu barədə ölkənin Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Port O’Connora 8 km məsafədə sahil zolağına çatan fırtına saatda 72 km sürətlə hərəkət edir.

Ölkədə bu il sahilə çatan 9-cu fırtına olan “Beta”nın nə qədər yağışa səbəb olacağını proqnozlaşdırmaq mümkün deyil.

Meteoroloqlar “Beta”nın “Harvey” və ya “İmelda” kimi effektinin gözlənilmədiyini bildirir.

Tropik fırtına səbəbilə Arkanzas və Missisipi ştatlarında daşqınların ola biləcəyi qeyd edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png