90 mindən çox ev işıqsız qalıb

Avstraliyanın Kuinslend ştatında güclü külək, dolu və ildırım çaxması nəticəsində elektrik şəbəkələrində nasazlıqlar baş verib.

ONN media xəbər verir ki, fırtınadan sonra Loqan şəhərində 57 min, Brizbeyndə isə 34 min ev və iş yeri işıqsız qalıb.

Bu hal bir neçə saat davam edib.