ONN İnformasiya Agentliyi

95 tələbə tantunidən zəhərləndi

95 tələbə tantunidən zəhərləndi
15 Yanvar 2024 - 15:58

Türkiyənin Kastamonu şəhərində 95 tələbə qaldıqları yataqxanada qidadan zəhərlənib.

ONN media xəbər verir ki, bu barədə Kastamonu valiliyi məlumat yayıb.

Qeyd olunub ki, zəhərlənənlərdən 72-si xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti yaxşıdır və həyatları üçün təhlükə yoxdur.

Tələbələrin axşam yeməyi zamanı tantunidən zəhərləndikləri bildirilib. Yeməkdən bir müddət sonra onlarda ürək bulanması, baş gicəllənməsi kimi hallar müşahidə olunub.

Hadisə ilə bağlı araşdırma başladılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png