ONN İnformasiya Agentliyi

Abdullahian Pakistana getdi

Abdullahian Pakistana getdi
29 Yanvar 2024 - 9:57

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edib.

ONN media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutub.

İranlı nazir həm həmkarı, həm də Pakistanın müvəqqəti hökumətinin Baş naziri Ənvar ül-Haq Kakar ilə görüşəcək.

Danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına hücumu nəticəsində ölkələr arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır.

İran hərbçilərinin razılaşdırılmamış hərəkətləri İslamabadın dərhal reaksiyasına səbəb olmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png