ONN İnformasiya Agentliyi

ABŞ baş nazirin sevgilisinə viza verməkdən İMTİNA ETDİ

ABŞ baş nazirin sevgilisinə viza verməkdən İMTİNA ETDİ
21 Avqust 2019 - 20:07
ABŞ Böyük Britaniyanın baş naziri Boris Consonun sevgilisi Kerri Simondsa viza verməkdən imtina edib.

ONN media xəbər verir ki, ABŞ-ın baş nazirin sevgilisinə viza verməməsinin səbəbi xanın Kerrinin 2018-ci ildə 1991-ci ildə özünün müstəqilliyini elan edən Somalilendə səfər etməsi olub. Xanım Kerri Simonds  Somalilendə səfər çərçivəsində qurumun rəhbəri Musa Bixi Abdi ilə görüşərək, qadın hüquqları və  okeanların çirklənməsini müzakirə edib.

Onu da qeyd edək ki, Kerri Simonds  B.Consonun  qanuni xanımı hesab edilmir.  Baş nazir 25 ildir  Marina Uilerlə rəsmi nikahdadır. Onların bu nikahdan 4 övladı var.

Cütlük 2018-ci ilin sentyabrında  ayrılıblar. Ayrılığa səbəb isə baş nazirin xanımına xəyanəti olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png