ONN İnformasiya Agentliyi

ABŞ-da korona xəstələri necə müalicə edilir?

ABŞ-da korona xəstələri necə müalicə edilir?
25 Mart 2020 - 21:45

ABŞ-ın Nyu York şəhərində bəzi xəstəxanalarda koronavirusdan müalicə alanlara yüksək miqdarda C vitamini verilir.

ONN media xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

“Amerikalı mütəxəssislərin məlumatına görə, nəfəs almaqda çətinlik çəkən koronavirus xəstələrinə müalicə məqsədilə gündə 1500 milliqram C vitamini verilir. Xəstələrin vəziyyəti nəzərə alınaraq bu müalicə üsulu gün ərzində 3-4 dəfə tətbiq edilir. Bu üsuldan Çinin Şanxay şəhərində pandemiya xəstələrinin müalicəsində istifadə edildiyi və müsbət nəticələrin əldə olunduğu bildirilib”, – qəzetin məlumatında qeyd edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png