ABŞ-da vertolyot evin üzərinə düşdü: 3 ölü, 2 yaralı

ABŞ-da içində 4 nəfər olan bir vertolyot birmərtəbəli evin üzərinə düşüb.

ONN media xəbər verir ki, Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər də yaralanıb.

Şahidlər səbəbi hələ məlum olmayan qəza ilə bağlı, vertolyotun iri bir qaya kimi sürətlə evin üzərinə düşdüyünü bildirib.