ONN İnformasiya Agentliyi

ABŞ-dan Ərdoğanın Maraş qərarına – SƏRT REAKSİYA

ABŞ-dan Ərdoğanın Maraş qərarına – SƏRT REAKSİYA
21 İyul 2021 - 15:22

ABŞ Dövlət Departamenti Prezident Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Prezidenti Ərsin Tatarla birlikdə Maraşla bağlı veridiyi açıqlamanı qınayıb.

ONN media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilib.

Sözügedən açıqlamanın BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil etdiyini iddia edən şərhdə deyilir:

“ABŞ Maraşın bəzi hissələrinin kiprli türklərin nəzarətinə verilməsini qınayır. Bu, BMT Təhlükəsizlik Şurasının 550 və 789 saylı qətnamələri ilə açıq-aşkar ziddiyyət təşkil edir. ABŞ Türkiyənin dəstəyi ilə kiprli türklərin Maraşdakı cəhdlərini təxribat və qəbuledilməz sayır. ABŞ bu vəziyyəti BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün tərəfdaşları ilə işləyir və sərt bir cavab verilməsində israrlı olacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png