ABŞ-dan Bakı və İrəvanla bağlı növbəti açıqlama budur

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.

ONN media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib.

O xatırladıb ki, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb:

“Dövlət katibinin (Entoni Blinken – red.) əvvəllər qeyd etdiyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara kömək etməyə davam edəcəyik”.