ONN İnformasiya Agentliyi

ABŞ-dan Çinə daha böyük zərbə

ABŞ-dan Çinə daha böyük zərbə
17 Avqust 2019 - 10:28

ABŞ Tayvana F-16 təyyarələrini tədarük edə bilər.

ONN media xəbər verir ki, bu məlumatı CNN yayıb.

Məlumata görə, ABŞ Prezident Administrasiyası onlarla hərbi təyyarənin tədarükü ilə bağlı məsələyə baxması üçün layihəni Nümayəndələr Palatası və Senatın Xarici İşlər Komitəsinə göndərib.

Ümumilikdə Tayvanla bu istiqamətdə imzalanacaq müqavilənin dəyərinin 8 milyard dollar həcmində olacağı gözlənilir. Vaşinqtonun həmçinin Tayvanla əlavə 2,2 milyard dollarlıq müqavilə imzalamaq niyyəti də var. Belə ki, bu müqavilə sayəsində ABŞ Tayvana Abrams tankları və Stinger komplekslərini göndərmək istəyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png