ABŞ-dan uğursuz raket sınağı

Havay adalarında ABŞ hərbi qüvvələri tərəfindən keçirilən PRO “Aegis” sisteminin sınağı uğursuzluqla nəticələnib.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, “Aegis” sistemi ilə təchiz olunan SM-3 zenit raketi təyyarədən buraxılan obyekti hədəf ala bilməyib.

Raket Əleyhinə Müdafiə Qüvvələri Agentliyi bu məlumatı təsdiqləsə də, təfərrüatı açıqlamayıb.

Qeyd edək ki, ötən ilin iyul ayında da Pentaqonun bənzər sınağı uğursuzluqla nəticələnmişdi.