ABŞ diplomatı Türkiyə XİN-ə çağırıldı

ABŞ-ın Ankara səfirliyinin müşaviri Filip Kosnet Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

ONN media xəbər verir ki, buna səbəb Suriya ilə bağlı əldə olunan atəşkəs qərarına əməl olunmamasıdır.

Ötən gün Rusiya səfiri Aleksey Yerhov və İran səfiri Məhəmməd İbrahim də XİN-ə çağırılmışdı.

Qeyd edək ki, Astanada Suriyada atəşkəsin elan olunmasına dair razılığın əldə edilməsinə baxmayaraq Əsəd ordusu İdlib və Hamada hərbi əməliyyatlar həyata keçirir.