ABŞ HƏMAS liderlərindən birinin adını “qara siyahı”ya saldı

ABŞ Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə sanksiya tətbiq edib.

ONN media Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına həmçinin Fələstinin “Hərəkat əl-Sabirin”, Misirin “Həsm” və “İnqilab bayrağı” adlı qruplaşmaları da daxil edilib.