ONN İnformasiya Agentliyi

ABŞ hökuməti fəaliyyətini dayandırdı — SƏBƏB

ABŞ hökuməti fəaliyyətini dayandırdı — SƏBƏB
09 Fevral 2018 - 11:49

ABŞ-ın hökumət orqanları bu gün fəaliyyətini dayandırıb.

ONN media xəbər verir ki, Konqres tərəfindən 2018-ci maliyyə ili üçün federal büdcə layihəsi qəbul edilmədiyi üçün belə bir addım atılıb. Müvəqqəti büdcə layihəsinin vaxtı cümə günü gecə saatına başa çatıb.

Həftənin çərşənbə axşamı isə respublikaçılar və demokratlar iki illik büdcə müqaviləsi elan ediblər. Bu layihəyə əsasən, müvəqqəti büdcələr ləğv edilir, xərclər isə iki növbəti ildə 300 milyard dollara qədər arta bilər. Amma son anda respublikaçı senator Rend Pol dəyişikliyi səsə qoymaq barədə tələb irəli sürüb.

Artıq bir ay ərzində ABŞ hökuməti ikinci dəfədir ki, işini dayandırmaq məcburiyyətində qalır. Yanvar ayında da federal təşkilatlar büdcə probleminə görə 3 gün fasilələrlə işləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png