ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarının xarakteri dəyişəcək- PENTAQON

ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı keçirdiyi hərbi kampaniyasının xarakterində gələn il dəyişikliklər baş verəcək.

ONN media xəbər verir ki, bunu Pentaqon yanında akreditə olunmuş jurnalistlərlə görüşü zamanı müdafiə naziri Ceyms Mettis ABŞ-ın başçılıq etdiyi koalisiyanın İraqda və Suriyada İŞİD-ə qarşı əməliyyatlarının gedişini şərh edərkən bildirib.

C.Mettis ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatının xarakterinin məhz hansı şəkildə dayişəcəyini dəqiqləşdirməyib.