ABŞ-ın Rusiyaya qarşı bu addımı TƏƏCCÜB YARATDI

Rusiya ABŞ-dan silah tədarük etmir.

ONN media  xəbər verir ki, bu məlumatı Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidməti yayıb.

Xidmət ABŞ-dan Rusiyaya silah ixracına qoyulan sanksiyanın müəyyən mənada çaşqınlıq yaratdığını bildirib. Belə ki, sonuncu dəfə ABŞ hökumətinin Rusiya ərazisinə hərbi texnikanı Böyük Vətən Müharibəsi zamanı “Lend-liz proqramı” (“Borc vermək”) çərçivəsində tədarük etdiyi vurğulanıb.

Qeyd edək ki, ABŞ bundan öncə Rusiyaya müdafiə silahları üçün texnologiyaların tədarükünə qadağa qoyub.(axar.az)