ABŞ-ın xüsusi elçisi Azərbaycana gəlir

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio fevral ayında Azərbaycana səfər edəcək.

ONN media Trend-ə istinadən  xəbər verir ki,  bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb.

Xüsusi elçi Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 4-cü iclasında iştirak edəcək.