ABŞ-ın Suriyanın ət Tanf şəhərində yaratdığı bölgə tamamilə gərəksizdir.
ONN media Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov İtaliyada çıxışı zamanı deyib.
“Təhlükəsiz bölgələrin Suriyanı bölmək üçün əsas olmasına icazə verməməliyik. Təəssüf ki, amerikalılar ət Tanfda 55 kilometrlik gərəksiz bölgə yaradıb”, – XİN rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin təhlükəsiz ərazi kimi yaratdığı ət Tanf bölgəsində ciddi humanitar problemlərin yaşandığı bildirilir
.