ONN İnformasiya Agentliyi

ABŞ İrana məxsus silahları ələ keçirdi

ABŞ İrana məxsus silahları ələ keçirdi
11 Yanvar 2023 - 14:07

Oman körfəzində İran tərəfindən Yəmən husilərinə göndərilən 2100 ədəd avtomat silahın olduğu gəmi ələ keçirilib.

ONN media xəbər verir ki, bunu Yaxın Şərq sularında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Timoti Hokins deyib.

O bildirib ki, silahlar “Kalaşnikov” avtomatlarına bənzəyir və ayrı-ayrılıqda yaşıl brezentlərə bükülü olub:

“Keçmişdə bölgə sularında ələ keçirilən oxşar avtomatlar İran tərəfindən Yəməndə husi üsyançılarına göndərilən silahların oxşarıdır və bu, Tehranın husilərə davamlı silah yardımının bir hissəsidir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png