ABŞ İranla savaşa girəcək?

ABŞ Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda şübhəli bilinən İranla müharibəyə hazırlaşmır.

ONN media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Pompeo Ərəbistanın neft zavodlarına PUA hücumunun arxasında İranın dayandığını iddia etmişdi. İran isə bu ittihamı qətiyyətlə rədd etmişdi.

Tramp isə bundan öncəki açıqlamasında hücumla bağlı qətiyyətli cavab tədbirlərinə hazır olduqlarına bəyan etmiş, lakin öncə rəsmi Ər-Riyadın mövqeyinin önəmini vurğulamışdı