ABŞ İsraildən aldığı bu silahı Fars körfəzinə YERLƏŞDİRİR

ABŞ İsraildən aldığı “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemlərini Fars körfəzinə yerləşdirəcək.

ONN media  xəbər verir ki, sistemlərin son vaxtlar İsraillə münasibətləri normallaşdıran Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə də yerləşdiriləcəyi bildirilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri İsrailin paytaxtı Tel-Aviv şəhərində səfirlik açılması qərarını təsdiq edib. Bu, Körfəz ölkələri arasında bir ilkdir.