ABŞ kosmik silahların istifadəsinə keçir – “F-15” təyyarələri lazerlə təmin ediləcək – FOTO

ABŞ Hava Qüvvələri və “Lockheed Martin” 2021-ci ilə qədər “F-15” savaş təyyarələrini lazer silahlarla təmin edəcək.
ONN media xəbər verir ki, artıq tərəflər lazer silahların istehsalı ilə bağlı sənədləri imzalayıb.
Bu barədə “Popular Mechanics” dərgisi məlumat verib. Yeni lazerin təməlində “Lockheed Martin” şirkətinin ABŞ donanması üçün inkişaf etdirdiyi “LaWS” (“Laser Weapon System”) texnologiyası dayanır. Sistem bir neçə lazer enerjisinin bir dəstədə birləşdiyi dalğa boyu bölməli çoxalmanın istifadəsini ehtiva edir.
Razılaşmanın büdcəsi 26.3 milyon dollardır. Lazerlər havadan havaya və qurudan havaya atılan raketləri məhv etmək potensialına sahib olacaq.