ONN İnformasiya Agentliyi

ABŞ prezidenti: Dolların məzənnəsi yüksəlməkdə davam edəcək

ABŞ prezidenti: Dolların məzənnəsi yüksəlməkdə davam edəcək
26 Yanvar 2018 - 12:40

ABŞ prezidenti Donald Tramp dolların məzənnəsindəki yüksəlişin davam edəcəyini bildirib. 

ONN media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda deyib.

O, xəzinə naziri Steven Mnuçinin zəif dolları dəstələdikləri yönündə açıqlamasına toxunaraq qeyd edib ki, ABŞ iqtisadiyyatı böyüdükcə, dollar da güc qazanacaq. 

Nəzərə çatdıraq ki, Trampın açıqlamasından sonra dollar itirdiyi dəyəri bərpa etməyə başlayıb. 

Qeyd edək ki, Avropa Mərkəzi Bankının dünən keçirilən toplantısında faizlərin dəyişdirilməməsi, elə də bankın rəhbərinin açıqlamaları avronun dollara nisbətdə son üç ilin zirvəsinə yüksəlməsinə gətirib çıxarmışdı. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png