ABŞ prezidenti Şimali Koreyanı təhdit etdi

ABŞ ordusu lazım gəlsə Şimali Koreyanın “düşünülməmiş addımlarına” cavab verməyə hazırdır.

ONN media CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Sinqapur sammitini təxirə salmasından sonra bildirib.

“Mən hərbçilərimizlə söhbət aparmışam, lazım gəlsə, onlar buna hazırdırlar. Mən həmçinin Cənubi Koreya və Yaponiya hökumətləri ilə də bu məsələni müzakirə etmişəm. Onlar da KXDR-ın potensial düşünülməmiş addımlarına cavab verməyə hazırdırlar”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, Tokyo və Seul belə bir vəziyyət yaranarsa mümkün hərbi xərcləri bölüşdürməyi təklif edib.

Qeyd edək ki, cümə axşamı Tramp Kim Çen Inla iyunun 12-ə təyin olunmuş görüşü təxirə salıb.