ONN İnformasiya Agentliyi

ABŞ prezidentinin seçki qərargahında gülməli vəziyyət yaranıb

ABŞ prezidentinin seçki qərargahında gülməli vəziyyət yaranıb
21 Noyabr 2023 - 8:23

Ağ Ev rəhbəri Co Baydenin ahıl yerişi bu gün ABŞ liderinin seçki qərargahını narahat edən ən ciddi məsələyə çevrilib.

ONN media xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, ABŞ prezidentinin yaşı demokratları çox narahat edir (yeri gəlmişkən, bu gün Baydenin 81 yaşı tamam olur). Onlar Baydenin seçki qərargahından Ağ Ev rəhbərinin populyarlığına təsirini neytrallaşdıracaq strategiya hazırlamağı tələb edirlər.

Məqalədə vurğulanır ki, Baydenin yerişi ilə yanaşı onun tez-tez yıxılması da demokratların narazılığına səbəb olub. Bu səbəbdən 81 yaşlı prezidentin ətrafındakılar ona rəsmi ayaqqabılarını daha rahat ayaqqabılarla dəyişməyi, həmçinin kameraya çəkilən zaman yalnız qısa məsafələri gəzməyi təklif edirlər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png