ABŞ Somalini bombaladı – 40 terrorçu öldürüldü

ABŞ Hərbi Hava Qüvvələri Somalini  bombalayıb.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, hava qüvvələrinin endirdiyi 5 zərbə nəticəsində  40 terrorçu öldürülüb. Zərbələrin “Əş Şabab” və İŞİD mövqelərinə endirildiyi vurğulanıb.