ONN İnformasiya Agentliyi

ABŞ təmsilçisi: Biz istədiyimizi edə bilərik

ABŞ təmsilçisi: Biz istədiyimizi edə bilərik
10 Dekabr 2017 - 23:05

ABŞ öz səfirliklərini köçürmək məsələlərində istədiyini etmək hüququna malikdir. 

ONNmedia oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ səfirliyinin Təl-Əvivdən Qüds şəhərinə köçürülməsini şərh edərkən ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

“Biz öz səfirliklərimizi yerləşdirmək məsələlərində ürəyimiz istəyən hər bir şeyi etmək hüququna malikik”, – Fox News Heylinin sözlərini sitat gətirir

O qeyd edib ki, “BMT-nin Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət İsraili hədələməklə sülh prosesinin tənzimlənməsinə kömək etmədiyini başa düşməlidir”. 

“Biz həm israillilərə, həm də fələstinlilərə qarşı ədalətli olmalıyıq”, – deyə diplomat əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png