ABŞ Türkiyə üçün tarixi açıqladı: 2019

ABŞ-ın Türkiyədəki səfirliyi türk vətəndaşlarına viza verilməsi prosesinin ən tezi 2019-cu ilin yanvar ayında başlayacağını açıqlayıb.

ONNmedia xəbər verir ki, səfirlik ondan əvvəlki tarixlər üçün yerlərin artıq tutulduğunu, yalnız yeni ilin yanvarından viza verilməsinin mümkün olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində həbs edilməsindən sonra Vaşinqton türk vətəndaşlarına viza verməyi dayandırmışdı