ABŞ Türkiyə yaxınlığına hərbi texnika tədarük etdi

ABŞ Suriyaya hərbi texnika göndərib.

ONN media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) mətbuat katibi Bill Urban açıqlama yayıb.

Açıqlamada bildirilib ki, tədarük Rojava şəhərinə edilib. Hərbi texnikalar arasında “Sentine” tipli radiolakasiya və “Bradley” sinifi çox sayda zirehli texnika var.

Urban tədarükün İŞİD-in terrorçu qruplaşmaları ilə mübarizə məqsədli olduğunu qeyd edib. O, təhlükəsizlik məqsədilə texnikaların sayını açıqlamayıb.

Qeyd edək ki, Rojava Türkiyə sərhədinə yaxın yerləşir.