ABŞ və Çin münasibətində son vəziyyət necədir?

Çin və ABŞ-ın nümayəndələri iki gün davam edən ticarət danışıqlarında baş nazirin müavinləri səviyyəsində irəliləyiş əldə edə bilməyiblər.

ONN media xəbər verir ki, cümə axşamı danışıqlara gedəcək ÇXR Dövlət Şurasının Baş nazirinin müavini Liu He eyni gündə Vaşinqtonu tərk etmək niyyətindədir.

Qeyd olunur ki, Çin nümayəndə heyəti texnologiyanın məcburi köçürülməsi məsələsini müzakirə etməkdən imtina edib.