AFAD xəbərdarlıq etdi- Sahildən uzaq durun

Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdən sonra dəniz səviyyəsinin qalxması riskinə qarşı sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib.

ONN media xəbər verir ki, bu barədə AFAD tərəfindən xəbərdarlıq edilib.

“Hatayın Dəfnə rayonunda 6,4, Samandağ rayonunda isə 5,8 bal gücündə iki zəlzələ olub. Vətəndaşlarımızın dəniz səviyyəsinin 50 santimetrə qədər qalxması riskinə qarşı ehtiyat tədbiri olaraq sahil zolağından uzaq durmaları vacibdir”, – xəbərdarlıqda bildirilib.

Qeyd edək ki, daha öncə Hatay şəhərində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı elan olunub.