Afrində 932 terrorçu məhv edilib

Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 32 terrorçunu məhv edib və öldürülən yaraqlıların sayı 932 nəfərə çatıb.

ONN media xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri hazırda da “Zeytun budağı” əməliyyatında əsgərlərin şəhid olduğu əraziləri bombardıman edir.

Atışma gedən ərazilərdən qalxan duman Kilis bölgəsindən də görünür.