ONN İnformasiya Agentliyi

Afrində yaşayış məntəqəsi azad edildi

Afrində yaşayış məntəqəsi azad edildi
09 Fevral 2018 - 15:09

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin qərbində yerləşən Nisriyyə və Dükan kəndləri PYD/PKK döyüşçülərindən azad edilib.

ONN media “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Ordu Qərargahı bəyanat yayıb.

Döyüş əməliyyatlarının gedişində bir türk hərbçisi şəhid olub.

Bundan əvvəl Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin itkiləri barədə bəyanat vermişdi. Həmin bəyanata görə, “Zeytun budağı” əməliyyatı ərzində 18 nəfər həlak olub, 60-dan çox hərbçi yaralanıb.  

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png