AĞIR YOL QƏZASI – Avtobus körpüdən aşdı – 5 nəfər öldü

Misirin paytaxtı Qahirədə avtobus körpüdən aşıb.

ONN media bildirir ki, hadisə nəticəsində beş nəfər həlak olub, 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə Qahirənin əl-Giza rayonunda baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.