ONN İnformasiya Agentliyi

Aİ Ukraynaya necə kömək edir?

Aİ Ukraynaya necə kömək edir?
06 Avqust 2022 - 20:39

Avropa Komissiyası Ukraynaya 8 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək üçün yeni təklif hazırlayıb. Bu, Kiyevə qrant və kreditlərin kombinasiyası şəklində 8 milyard avro verilməsini nəzərdə tutur.

ONN media xəbər verir ki, bu barədə “Politico” Aİ rəsmilərinə istinadla məlumat yayıb .

Mənbələrin məlumatına görə, Ukrayna 5 milyard avronu Aİ ölkələrinin zəmanəti ilə uzunmüddətli kreditlər, qalan pulu isə qrant şəklində alacaq.

Rəsmilərdən biri qeyd edib ki, AK ödənişlərin oktyabrda başlaya bilməsi üçün sentyabrda Avropa Parlamentinin və Aİ ölkələrinin təsdiqinə ümid edir.

Qeyd edək ki, yeni təklif Almaniyanın Ukraynaya 9 milyard avroya qədər olan kreditləri dəstəkləmək üçün zəmanət verməkdən imtina etməsindən sonra ortaya çıxıb. Almaniyanın maliyyə naziri Kristian Linder vəsaitin ayrılmasına qarşıdır. O, artıq COVID-19 pandemiyası zamanı olduğu kimi, ümumi Avropa borcu vasitəsilə Ukraynaya yardım göstərməyi bəyənmir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png