Akardan yunanlara XƏBƏRDARLIQ!

Sabah NATO qərargahında Türkiyə və Yunanıstan hərbi heyəti arasında 5-ci iclasın keçirilməsi planlaşdırılır.

ONN media xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Türkiyə əlbəttə ki, sülhün, sabitliyin tərəfdarıdır. Ancaq hər hansı təxribata da icazə vermərik. Həm Kiprin, həm də Türkiyənin maraqlarını qorumaqda qərarlıyıq. Qarşı tərəf davamlı olaraq “təcavüz, gərginlik, hücum” kimi ifadələr işlərdir. Nə hücumu? Bizim gördüyümüz iş tamamilə texnikidir”, – Akar bildirib.