ONN İnformasiya Agentliyi

“Alatoran” filminin aktyoru İslamı qəbul etdi-“Bir məscidə girdim, həyatım dəyişdi”

“Alatoran” filminin aktyoru İslamı qəbul etdi-“Bir məscidə girdim, həyatım dəyişdi”
05 Fevral 2018 - 17:32

"Alatoran" filmi ilə məşhurlaşan aktyor Robert Pattinson İslamı qəbul edərək müsəlman olub.

ONN media xəbər verir ki, Pattinson müsahibəsində "Bir məscidə girdim və həyatım dəyişdi"-deyib.

Aktyor müsahibəsində deyib: "2010-cu ildə Los-Ancelesdə gəzərkən gördüyüm bir məscidə girdim və həyatım dəyişdi. Çox pozitiv və maraqlanan idim. İslam haqqında araşdırmağı və daha çox şeylər öyrənmək istəmişdim. Oradan çıxan kimi ingilis dilində "Quran" kitabı alıb oxudum. Oxumağa başlayan kimi anladım ki…Əsl həqiqət budur. Amma işlərim çox olduğu üçün İslam dinini araşdırmalarım yarımçıq qaldı".

1 ildən sonra yenidən İslamla maraqlandığını bildirən Pattinson davam edib: "Bir il sonra evimi dəyişəndə kitabxanamda İslam dini haqqında kitablar tapdım və oxudum. Müsəlmanların xoş niyyət anlayışı mənim üçün tam mənasında bir aydınlanma oldu. Bu məsələ ilə bağlı çox danışa bilmərəm. Menecerim bunu qadağan edib. Mən İslama olan marağımı gizli saxlamaq istəmədim amma rejissor bir az da gözləməyimi və "bunu yaxşı-yaxşı düşünmək lazımdır" demişdi. Mən belə də etdim və bir bazar günü həqiqətən müsəlman olmaq barədə qərar qəbul etdim. Tək istədiyim dostlarımdan və ailəmdən dəstək almaqdır".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png