Albaniyada dəhşətli partlayış – Yaralılar var

Albaniyanın Şkoder şəhərinin mərkəzində partlayış baş verib.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində 3-ü ağır olmaqla, 8 nəfər yaralanıb.

Məlumata əsasən, partlayıcı qurğu günorta saatlarında şəhərin mərkəzində işə salınıb. Alban polisinin versiyasına görə, partlayıcı qurğu yerli biznesmen Lyulzim Kulanı öldürmək üçün quraşdırılıb.

Alban polisi Şkoderə gələn və gedən avtomobillərə baxış keçirir və araşdırmalara başlayıb.