ONN İnformasiya Agentliyi

Almaniya Can Dündarı Türkiyəyə təslim etməkdən imtina etdi

Almaniya Can Dündarı Türkiyəyə təslim etməkdən imtina etdi
25 Dekabr 2020 - 14:29

Almaniya haqqında həbs qərarı çıxarılmış jurnalist Can Dündarı Türkiyəyə təhvil verməkdən imtina edib.

ONN media  xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən “Deutsche Welle Turkish”ə bildiriblər. Qeyd olunub ki, Almaniya tərəfi jurnalisti Türkiyəyə ekstradisiya etməyəcək.

Xatırladaq ki, Türkiyədə məhkəmə tərəfindən jurnalist Can Dündar haqqında terror təşkilatına yardım, siyasi və hərbi casusluq maddələri ilə 27.5 illik həbs qərarı verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png