Almaniya bu ilin iyununda öz kontingentini Mali Respublikasından çıxarmağa başlayacaq.
ONN media xəbər verir ki, bu barədə “Şpigel” qəzeti məlumat yayıb.
Alman hakimiyyət orqanlarının rəsmi planlarına görə, BMT-nin Malidəki missiyası 2024-cü ilin yayına qədər tamamlanacaq.
Nəşrin məlumatına əsasən, Bundesverin Malidəki maddi-texniki bazasından avadanlıqları çıxarmaq çox vaxt aparacaq. Həmçinin, onların Almaniyaya qaytarılması üçün təxminən 1700 yük konteyneri lazımdır.
Qeyd edək ki, hazırda Almaniyanın ərazidəki kontingentində 1100 hərbçi var.